- Köhnə - Dünya
- 1 Sentyabr 2018 11:23
- 8 195
Fironun qəbrindəki ikinci otaq: Misir kraliçasının müəmmalı aqibəti
Şübhəsiz ki, Kleopatradan sonra ən məşhur Misir kraliçası Nefertitidir. Misir fironu IV Aminhotepin həyat yoldaşı olmuş Nefertiti ölkəni əri ilə bərabər idarə edib.
AzNews.az xarici mətbuata istinadən Qədim Misir haqqında maraqlı faktlar sırasında Nefertitinin başına nələr gəldiyi ilə bağlı yazını təqdim edir.
Bizim eradan əvvəl 1336-cı ildən sonra Nefertiti haqqında heç bir məlumat yoxdur. Onun mumiyası və məzarının da harada olduğu bilinmir.
Bəzi ehtimallara görə, o, adını Neferneferuaten kimi dəyişərək əri IV Aminhotepin hökmdar vəkili olub. Digər versiyaya görə isə Smenxkare adı ilə kişi cildinə girərək Misirə başçılıq edib.
Misir Qədim Əsərlər Nazirliyi 2015-ci ildə verdiyi açıqlamada Tutanhamonun qəbirində iki otaq olduğunu və onlardan birinin Nefertitiyə aid ola biləcəyini vurğulayıb.
Nurlan AĞA
AzNews.az