- Köhnə - Dünya
- 1 Sentyabr 2018 12:58
- 5 683
ABŞ fələstinli qaçqınlara yardımı dayandırır - Açıqlama
ABŞ (Amerika Birləşmiş Ştatları) Xarici İşlər Nazirliyi sözçüsü Hezer Nauert ölkənin BMT Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) maliyyə yardımı etməyi tamamilə dayandırdığını bildirib.
AzNews.az “Euronews”a istinadən xəbər verir ki, bu barədə məlumat vermiş sözçü bundan sonra ABŞ-ın fələstinli qaçqınlara yardımları kəsəcəyini açıqlayıb.
Agentliyə yardımın kəsilməyinin, xüsusilə fələstinli uşaqlara mənfi təsir göstərəcəyini qeyd etmiş H.Nauert, kömək üçün daha yeni modellər üzərində çalışacaqlarını vurğulayıb.
Nurlan AĞA
AzNews.az