- Köhnə - Dünya
- 1 Sentyabr 2018 15:11
- 7 736
Gürcüstanda NATO-nun hərbi təlimləri başlayıb
Gürcüstanda Senaki hərbi bazasında NATO-nun çoxmillətli “Agile Spirit 2018” (Çevik ruh) hərbi təlimlərinə start verilib.
AzNews.az “Report”a istinadən xəbər verir ki, rəsmi açılış mərasimində Gürcüstanın müdafiə naziri Levan İzoriya, ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsini icra edən Elizabet Rud və digər rəsmi şəxslər iştirak edib.
Təlimlərə Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya, Latviya, Yunanıstan, Ukrayna, Türkiyə, Çexiya və Estoniya hərbçiləri qatılıb.
Sentyabrın 11-dək davam edəcək təlimlərin keçirilməsində məqsəd NATO çevik reaksiya qüvvələrinin tərkibində birgə əməliyyatlara və böhran vəziyyətlərə hazırlığın artırılmasıdır.
Qeyd edək ki, “Agile Spirit” hərbi təlimləri Gürcüstanda 2011-ci ildən etibarən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir.
AzNews.az