Amerikanın Ohayo ştatının Klivlend şəhərindəki gecə klublarından birində atışma baş verib. Amerikanın Ohayo ştatının Klivlend şəhərindəki gecə klublarından birində atışma baş verib.

ABŞ-da daha bir qanlı olay - Ölən var

Amerikanın Ohayo ştatının Klivlend şəhərindəki gecə klublarından birində atışma baş verib.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən CBS məlumat yayıb.

Bildirilir ki, silahlı insident nəticəsində 1 qadın ölüb, daha 7 nəfər yaralanıb.

Polisin məlumatına görə, hadisə "X-Rated" klubunda qeydə alınıb. Burada dava sonradan atışma ilə nəticələnib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda hadisənin bütün təfərrüatları müəyyənləşdirilir.

AzNews.az