Birləşmiş Millətlər Təşkilatı (BMT) araşdırmaçısı Fionuala Ni Aoleyn Facebook-un terrorizm başlığı altında senzura tətbiqi yaratdığını bildirib. Birləşmiş Millətlər Təşkilatı (BMT) araşdırmaçısı Fionuala Ni Aoleyn Facebook-un terrorizm başlığı altında senzura tətbiqi yaratdığını bildirib.

BMT-nin araşdırmaçısı narahatdır: “Facebook hansı terrordan danışır?”

Birləşmiş Millətlər Təşkilatı (BMT) araşdırmaçısı Fionuala Ni Aoleyn Facebook-un terrorizm başlığı altında senzura tətbiqi yaratdığını bildirib.

AzNews.az “Euronews”a istinadən xəbər verir ki, araşdırmaçı Mark Zukerberqin terrorçuların sosial şəbəkədən istifadə etməsinin qarşısını almasından narahatlığını duyurub.

Ni Aoleyn İsveçrənin Cenevrə şəhərində keçirdiyi mətbuat konfransında Facebook-un nəzərdə tutduğu terrorizmin konkret olaraq nəyi nəzərdə tutduğunun aydın olmadığını vurğulayıb.

O, qeyd edib ki, Facebook məqsədə çatmaq üçün təzyiqdən istifadə edən bütün qeyri-hökumət qruplarını “terrorist” olaraq damğalayır.

Ona görə də araşdırmaçı bunun ayrı-seçkilik, senzura və bir sıra səbəblərdən qarşıdurma yaradacağını ifadə edib.

Nurlan AĞA
AzNews.az