- Köhnə - Dünya
- 4 Sentyabr 2018 12:05
- 5 322
ABŞ-da irqçiliyə etiraz dalğası: magistral bağlandı, həbslər başlandı
ABŞ-ın Çikaqo şəhərində yerləşən O’Hare Hava Limanında polis qüvvələri nümayişçilərə təzyiq göstərib.
AzNews.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Çikaqonun qərb və cənub bölgələrində illərdir davam edən təzyiqi, həmçinin bələdiyyə sədri Rahm Emmanueli hədəfləyən üçüncü nümayiş O’Hare Hava Limanının Kennedi avtomagistralında baş tutub.
Aktivist və dini xadim Qreqori Livinqstonun təşkil etdiyi etiraz aksiyasında 100 nəfər avtomagistralı tutaraq nümayiş keçiriblər. Polis Livinqston da daxil olmaqla, 12 nəfəri nəzarət şöbəsinə aparıb.
Həbslərin ardından nümayişçilər “qaradərililərin də yaşamaq haqqı var”, “şiddətə yox”, “Rahm Emmanuel getməlidir” və s. kimi şüarlar səsləndirməyə davam ediblər.
Nurlan AĞA
AzNews.az