Mustafa Kamal Atatürkün vəsiyyətini yazdığı yer olaraq bilinən Trabzondakı Atatürk köşkündə gizli yol tapılıb. Mustafa Kamal Atatürkün vəsiyyətini yazdığı yer olaraq bilinən Trabzondakı Atatürk köşkündə gizli yol tapılıb.

Atatürkün vəsiyyət yazdığı məşhur evdə 130 illik gizli yol tapıldı! - Fotolar

Mustafa Kamal Atatürkün vəsiyyətini yazdığı yer olaraq bilinən Trabzondakı Atatürk köşkündə gizli yol tapılıb.

AzNews.az “Milliyet”ə istinadən bildirir ki, köşkdəki vəsiyyət otağında kafellərin altından tapılmış gizli yolun 1890-cı illərdə hücum zamanı sığınacaq kimi istifadə olunduğu təxmin olunur.

Bu faktı Atatürk köşkü muzeyinin müdiri Əli Mahir Pak da təsdiqləyib. O, buranın su anbarı kimi də istifadə olunduğunu dilə gətirib. Çünki həmin vaxtlar susuzluq pik həddə olub.

Ə.M.Pak bildirib ki, yeraltı dəhlizin 150 metr aşağısında bir çuxur qazılıb və illərlə fəaliyyət göstərib. Həmçinin onun yanında da bir dəhliz təhlükəli vəziyyətdə çıxış yolu olaraq istifadə olunub.

Həmin boşluq isə 15-20 il bundan əvvəl uşaqların və ya başqalarının ora düşəcəyi ehtimalından bağlanıb.

Nurlan AĞA
AzNews.az

image description image description image description