Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yunan həmkarı Nikolaos Kotziasla İzmir Baş Konsulluğunun açılışında bir araya gəlib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yunan həmkarı Nikolaos Kotziasla İzmir Baş Konsulluğunun açılışında bir araya gəlib.

Çavuşoğlu Türkiyəyə gəlmiş yunan həmkarını pərt etdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yunan həmkarı Nikolaos Kotziasla İzmir Baş Konsulluğunun açılışında bir araya gəlib.

AzNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, hər iki nazir önəmli açıqlamalar verib.
M.Çavuşoğlu mətbuat konfransında ortaqlıq və problemlərin dialoqlarla həll olunmasını çıxış yolu olaraq gördüklərini bildirərək, “biz Yunanıstanda çevrilişə cəhd edənləri ölkəmizdə qoruma altına almazdıq” – deyə, istehza ilə vurğulayıb.

Kotzias isə yaşanmış problemlərə rəğmən, Türkiyə ilə münasibətlərini inkişaf etdirməyə çalışdıqlarını qeyd edib. O, “hərbi çevrilişə cəhddə Türkiyənin yanında olduq” – deyə, münasibət bildirib.

Nurlan AĞA
AzNews.az