- Köhnə - Dünya
- 4 Sentyabr 2018 15:50
- 5 118
Fransada qadın nazir istefa verdi: “Şəxsi səbəblər...”
Fransanın idman naziri Laura Flessel 16 aydır fəaliyyət göstərdiyi vəzifəsindən istefa verib.
AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, L.Flessel açıqlamasında istefanın şəxsi səbəblərlə bağlı olduğunu bildirib.
O, qeyd edib ki, bu qərarı baş nazir Eduard Filipplə müzakirə etdikdən sonra ictimaiyyətə açıqlamaq qərarına gəlib.
Artıq eks-nazir olan Flessel bundan sonra da hər zaman Fransa prezidenti Emmanuel Makron və baş nazir Filippin yanında olacağını açıqlayıb.
Qeyd edək ki, Makronun prezidentliyi dövründə Fransa hökumətində üç dəfə dəyişiklik baş verib.
Nurlan AĞA
AzNews.az