Şimali İraqdan Qara dənizə girmək istəmiş PKK terror qruplaşmasının cəhdləri boşa çıxıb. Şimali İraqdan Qara dənizə girmək istəmiş PKK terror qruplaşmasının cəhdləri boşa çıxıb.

PKK-nın yeni planı deşifrə oldu: Ermənistandan terror koridoru...

Şimali İraqdan Qara dənizə girmək istəmiş PKK terror qruplaşmasının cəhdləri boşa çıxıb.

Qruplaşmanın Ermənistandakı düşərgələrdə yerləşən terroristləri, xüsusən, qanundankənar solçu terrorçuların toplaşdığı Ağrı, Bingöl, Tunceli və Tokat xətti ilə Qara dənizə sızdırmaq istədiyi bildirilib.

AzNews.az “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, PKK-nın Ermənistandakı terrorçuları sərhəddən keçirərək Tendürək dağına göndərdiyi qeyd olunub.

Ermənistanın uzun illərdir dəstəklədiyi və düşərgələrinin yerləşdiyi sərhəddən keçmiş terroristlərin, xüsusilə, mövsüm işçiləri adı altında bölgəyə soxulma cəhdləri vurğulanıb.

Qeyd edək ki, cəhdlərin qarşısının alınması üçün təhlükəsizlik tədbirləri görülür.

Nurlan AĞA
AzNews.az