Avropa İttifaqı (Aİ) Komissiya sədri Maya Kosiyançiç keçirdiyi gündəlik media brifinqdə keçmiş rus agent Sergey Skripalla qızı Yuliya Skripal məsələsini başdan bəri izlədiklərini deyib. Avropa İttifaqı (Aİ) Komissiya sədri Maya Kosiyançiç keçirdiyi gündəlik media brifinqdə keçmiş rus agent Sergey Skripalla qızı Yuliya Skripal məsələsini başdan bəri izlədiklərini deyib.

Avropa Birliyindən rus agentlə bağlı açıqlama: “Ciddi addımlar atacağıq”

Avropa İttifaqı (Aİ) Komissiya sədri Maya Kosiyançiç keçirdiyi gündəlik media brifinqdə keçmiş rus agent Sergey Skripalla qızı Yuliya Skripal məsələsini başdan bəri izlədiklərini deyib.

AzNews.az “Habertürk”ə istinadən xəbər verir ki, o, İngiltərəyə dəstək olduqlarını və ciddi addımlar atacaqlarını bildirib.

Kosiyançiç qeyd edib ki, Aİ daxilində kimyəvi silahlardan istifadə ilə bağlı əlavə tədbirlər görüləcək.

İngiltərənin baş naziri Tereza Mey isə dünən parlamentdəki çıxışında Skripalların zəhərlənməsində rolu olmuş şəxslərin rus kəşfiyyatı ilə bağlı olduqlarını vurğulayıb.

Nurlan AĞA
AzNews.az