Ermənistan prezidenti Armen Sarkisyan sentyabrın 8-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında baş tutacaq görüşü şərh edib. Ermənistan prezidenti Armen Sarkisyan sentyabrın 8-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında baş tutacaq görüşü şərh edib.

Ermənistan prezidenti Paşinyan-Putin görüşü haqda: “Xüsusi nəsə gözləməyin”

Ermənistan prezidenti Armen Sarkisyan sentyabrın 8-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında baş tutacaq görüşü şərh edib.

Jurnalistlərin bu görüşdən gözləntiləriylə bağlı sualına cavabında A.Sarkisyan görüşdən xüsusi nəsə gözləmək lazım olmadığını bildirib.

Ermənistan prezidenti N.Paşinyan və V.Putin arasında görüşün çox yaxşı və dostluq ab-havasında keçəcəyinə və bu cür görüşlərin mütəmadi olaraq baş tutacağına əminliyini ifadə edib.

Ermənistan-Rusiya münasibətlərindəki gərginlik barədə sualı şərh edərkən isə A.Sarkisyan bu münasibətlərdə uzunmüddətli və dərin gərginlik gözləmədiyini bildirib./report.az/

AzNews.az