- Köhnə - Dünya
- 29 Mart 2013 20:37
- 2 651
“Quran”da ürək möcüzəsinin sirri - FOTOLAR

1400 il sonra “Qurani-Kərim”in daha bir sirri açılıb
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Yasin" surəsinin insan ürəyinə işarə etməsini göstərən möcüzə aşkarlanıb.
Məhəmməd peyğəmbər (s) bir hədisində "Hər şeyin bir qılbi var. "Quran"ın qəlbi də "Yasin" surəsidir" deyə buyurub. Belliklə də insan üçün ürəyin əhəmiyyəti qədər "Yasin" surəsinin də nə qədər əhəmiyyətli olduğu vurğulanır.
Maraqlıdır ki, "Quran" 30 parçadan ibarətdir. "Yasin" surəsi 23-cü parçadadır. Ərəbcə rəqəmlərin sağdan sola yazıldığını düşünsək, 23-cü parça sol tərəfə meyllənmiş, amma ortaya daha yaxın kimi görünür. İnsanın döş qəfəsini göz önünə gətirsək, ürək iki ağciyərin birləşdiyisol tərəfə meyl edib. Amma eyni zamanda ortaya daha yaxın bir yerdə görünür. Məhəmməd peyğəmbər (s) "Yasin "Quran"ın qəlbidir" deyə buyurduğu zaman ürəyin insan vucudundakı yerini də bilirdi.
Elnarə Əlosmanqızı
AzNews.az






