Şimali Kipr Türk Cümhuriyyətini sarsıdan 70 yaşlı casus Mehmet Besimoğlu polisə ifadəsində hər şeyi etiraf edib və şok faktlar açıqlayıb. Şimali Kipr Türk Cümhuriyyətini sarsıdan 70 yaşlı casus Mehmet Besimoğlu polisə ifadəsində hər şeyi etiraf edib və şok faktlar açıqlayıb.

70 yaşlı casusun şok etirafı

Şimali Kipr Türk Cümhuriyyətini sarsıdan 70 yaşlı casus Mehmet Besimoğlu polisə ifadəsində hər şeyi etiraf edib və şok faktlar açıqlayıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 ildir yunanlara çalışdığını açıqlayan Besimoğlu 200-300 avro qarşılığında hərbçilərin şəklini çəkərək Cənubu Kiprə göndərdiyini etiraf edib. 70 yaşlı türk yunanlara 2013-ci ildən bəri işlədiyini və yunan casusun təklifi ilə hərbi birliklərin və yunan kilsələrinin şəklini çəkib göndərdiyini bildirib.

Besimoğlunun evində aparılan axtarış zamanı kompyuter və fotoaparatda 200-dən çox hərbçi və kilsə şəkli tapılıb. Evdə tapılan siyahıda daha 15 nəfərin adı var. Polis həmin şəxslərin də yunanlara işləyən türk casuslar olmasını ehtimal edir.

Malik LİFTİYEV
AzNews.az