- Köhnə - Dünya
- 29 Sentyabr 2018 09:36
- 4 632
Uşaq arı yuvasını tapdaladı, 135 şagird təhlükəyə düşdü
Kanadada 135 şagird arıların hücumuna məruz qalıb.
Oxu.Az xəbər verir ki, hadisə Kamlups şəhərində baş verib.
Qaçış üzrə yarış zamanı şagirdlərdən biri arı yuvasının üstündən keçib. Bundan sonra arılar yarışda iştirak edən məktəblilərə hücum edib.
Neçə nəfərin xəstəxanaya yerləşdirildiyi açıqlanmır.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az