Türkiyənin Antalya vilayətinə ilin əvvəlindən gələn turistlərin sayı 11 milyonu ötüb. Türkiyənin Antalya vilayətinə ilin əvvəlindən gələn turistlərin sayı 11 milyonu ötüb.

Bu il Antalyada dincələnlərin sayı açıqlandı

Türkiyənin Antalya vilayətinə ilin əvvəlindən gələn turistlərin sayı 11 milyonu ötüb.

Antalyanın Mədəniyyət və Turizm İdarəsinin verdiyi məlumata əsasən, cari ilin 1-29 sentyabr müddəti ərzində Antalya və Qazipaşa hava limanları vasitəsi ilə regiona 1877,5 min turist gəlib. Ötən ilin analoji göstəricisi ilə müqayisədə turistlərin sayı 25 faiz artıb.

"Yanvarın 1-dən sentyabrın 29-dək iki aeroport vasitəsi ilə regiona 11,4 milyon turist gəlib. 10,71 milyon turist Antalya aeroportuna, 287,8 min turist isə Qazipaşa aeroportuna gəlib. Ötən illə müqayisədə turistlərin sayı 28 faiz artıb", - deyə İdarənin məlumatında bildirilir.

2017-ci illə müqayisədə, bu il göstərilən müddət ərzində Antalya 2416,1 min turist daha çox qəbul edib.(trend.az)

AzNews.az