- Köhnə - Dünya
- 1 Oktyabr 2018 19:42
- 7 039
Küveyt ABŞ-a neft ixracını dayandırdı
Küveyt sentyabr ayında ABŞ-a neft ixracını dayandırıb.
Bu İraqla hərbi münaqişələrinin baş verdiyi 1992-ci ildən sonra ilk dəfədir baş verir.
Bu, Asiya ölkələrində enerji daşıyıcılarının ABŞ-dan daha yüksək qiymətə satılması ilə bağlıdır.
“İrana qarşı mövcud sanksiyalar başqa neft istehsalçılarına ABŞ-dan baha olduğu üçün Asiyaya daha çox neft satmaq fürsəti verir” - “Lipow Oil Associates” məsləhətçi şirkətinin rəhbəri Andi Lipou bildirib.
“Bloomberg” qeyd edib ki, Küveyt neftinin bir bareli ABŞ-da 79 dollara, Asiya bazarlarında isə, təqribən, 80 dollara satılır.(report.az)
AzNews.az