- Köhnə - Dünya
- 1 Oktyabr 2018 21:20
- 7 072
Gülənin qardaşına hökm oxundu - 10 il 6 ay həbs cəzası
Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin qardaşı Kutbettin Gülənə 10 il 6 ay həbs cəzası verilib.
İzmir 14-cü Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə “silahlı terror təşkilatına üzv olmaq” maddəsi ilə ittiham olunan K.Gülənlə bağlı şahid ifadələri dinlənilib. Əvvəlcə 7 il həbsə məhkum edilən müttəhimin daha sonra cəzası 3 il 6 ay artırılaraq 10 il 6 aya çatdırılıb.
Qeyd edək ki, Gülən 2016-cı il oktyabrın 2-də saxlanılıb.(qafqazinfo.az)
AzNews.az