- Köhnə - Dünya
- 2 Oktyabr 2018 07:57
- 7 264
İndoneziya sahillərində güclü zəlzələ
İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
Yerli vaxtla saat 23:59-da qeydə alınmış yeraltı təkanların episentri Sumba adası rayonunda, ocağı isə 30 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi rayonunda 7,4 bal gücündə zəlzələ, ardınca təqribən 2 sutka ərzində 170 təkrar təkan qeydə alınıb. Güclü yeraltı təkanlar zamanı sunami yaranıb, dalğaların hündürlüyü 3-5 metr olub. Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 1200-dən çox insan həlak olub, yüzlərlə ağır yaralı var. Ən azı 16 min yerli sakin evlərini tərk etməyə məcbur olub, minlərlə ev, mehmanxana, ticarət mərkəzi dağılıb.(trend.az)
AzNews.az