2019-cu ilin mart ayında daha 2 "F-35 Lightining II" qırıcı təyyarəsinin Türkiyəyə verilməsi gözlənilir. 2019-cu ilin mart ayında daha 2 "F-35 Lightining II" qırıcı təyyarəsinin Türkiyəyə verilməsi gözlənilir.

Türkiyə daha iki F-35 alacaq

2019-cu ilin mart ayında daha 2 "F-35 Lightining II" qırıcı təyyarəsinin Türkiyəyə verilməsi gözlənilir.

Bu barədə "F-35" proqramının direktoru kontr-admiral Mett Vinter bildirib.

Onun sözlərinə görə, Türkiyənin "F-35"in işlənməsi üzrə çoxmillətli proqramda iştirakına dair hər hansı bir dəyişiklik yoxdur: "Daha 2 təyyarənin 2019-cu ilin mart ayında verilməsin gözləyirik. 100 təyyarənin tədarükünə dair heç bir dəyişiklik əlaməti yoxdur".

Xatırladaq ki, "Lockheed Martin" korporasiyası iyun ayında Türkiyəyə ilk 2 "F-35" təyyarəsini verib.(trend.az)

AzNews.az