Türkiyənin Xarici İşlər Nazirliyi Almaniyanın Şimali Ren vilayətində yerləşən Gladbeck şəhərində fəaliyyət göstərən məscidə qarşı təhqiramiz hərəkətə kəskin etirazını ifadə edib. Türkiyənin Xarici İşlər Nazirliyi Almaniyanın Şimali Ren vilayətində yerləşən Gladbeck şəhərində fəaliyyət göstərən məscidə qarşı təhqiramiz hərəkətə kəskin etirazını ifadə edib.

Almaniyada məscidə qarşı hörmətsizlik - Türkiyə etiraz etdi

Türkiyənin Xarici İşlər Nazirliyi Almaniyanın Şimali Ren vilayətində yerləşən Gladbeck şəhərində fəaliyyət göstərən məscidə qarşı təhqiramiz hərəkətə kəskin etirazını ifadə edib.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, açıqlamada Türkiyənin Alana şəhəri ilə qardaşlaşmış şəhər olan Gladbeckda belə bir hərəkətin törədilməsindən təəssüf hissi ifadə olunur. Bildirilir ki, iki şəhər arasında ötən 25 ildə geniş əlaqələr qurulub. Son illər irqçi qüvvələr tərəfindən Almaniyada fəaliyyət göstərən məscidlərə qarşı törədilən ədəbsiz hərəkətlərin artmasından narahatlıq ifadə olunur.

Dini İşləri üzrə Türk İslam Birliyi təşkilatının məlumatına görə, oktyabrın 1-də Almaniya vaxtı ilə saat 03:00 radələrində sözügedən məscidin divarına və qapısının şüşəsinə xaç işarəsi çəkilib.

AzNews.az