"Qarabağ işğalı heç zaman leqallaşmayacaq" "Qarabağ işğalı heç zaman leqallaşmayacaq"

Dağlıq Qarabağ münaqişəsi ABŞ-da müzakirə edildi - VİDEO

"Qarabağ işğalı heç zaman leqallaşmayacaq"



Qarabağ münaqişəsini müzakirə etmək üşün Azərbaycan və Ermənistan nümayəndələrini bir araya gətirən tədbir, əvvəlcədən gözlənildiyi kimi, yüksək emosionallıq şəraitində keçib. Ceymtaun Fondunun təşkil etdiyi tədbir BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı ilk qətnaməsinin 20-ci ildönümü münasibətilə gerçəkləşdirilib. Tədbirin moderatoru, Orta Asiya və Qafqaz İnstitutunun sədri Frederik Star ATƏT-in Minsk qrupunun öz qarşısında qoyduğu məqsədə çatdığını deyib. Onun sözlərinə görə, bu məqsəd heç nə etməmək olub. Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini Tofiq Musayev diqqəti BMT-nin Kəlbəcər qətnaməsində işğala verilən qiymətə çəkib. Azərbaycan nümayəndəsinin çıxışı Ermənistan səfirliyi əməkdaşının etirazına səbəb olub.

Azərbaycan nümayəndəsinin cavabı isə kifayət qədər təmkinli xarakter daşıyıb. O, dünya ictimaiyyətinin beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutduğunu nəzərə alaraq, Qarabağın işğalının heç zaman leqallaşmayacağını deyib. Ariel Kohen isə təəssüflə münaqişə tərəflərindən heç birində onu həll etmək əzmini müşahidə etmədiyini, dialoq əvəzinə öz movqeyni çatdırmaq istəyinin olduğunu bildirib. Tədbir iştirakçıları sülh prosesini irəli aparmaq üçün təkliflər səsləndiriblər. Bu təkliflərdən biri işğal altında olan ərazilərin reabilitasiya proqramları üçün investisiya vəsaitinin toplanması olub.(anspress.com)

AzNews.az