Öldü və 70 dəqiqə sonra dirildi



İngiltərədə ürək tutmasından vəfat edən David Binks öldükdən 70 dəqiqə sonra dirilib. Binksin vəziyyətinin ağırlaşdığını ilk olaraq sevgilisi hiss edib. Təcili tibbi yardım gələnə qədər ona ürək masajı edən qadın sevgilisini ölümdən qurtara bilməyib.

70 dəqiqə ölü qaldıqdan sonra həkimlərin səyi nəticəsində 16-cı şokdan sonra dirilən gənc tibb dünyasını təəccübləndirib. Həm də təkcə ölüb yenidən dirilməsi ilə yox, 70 dəqiqə ölü qaldıqdan sonra beynində heç bir problem yaranmaması ilə.

Gəncin ölüb-dirildiyi 1 saatdan artıq müddətdə beynində heç bir problem yaranmayıb və o, qısa müddət sonra evə buraxılıb.

Elnarə
AzNews.az