Hadisə nəticəsində xeyli sayda ölən və yaralananların olduğu bildirilir Hadisə nəticəsində xeyli sayda ölən və yaralananların olduğu bildirilir

Avtobusa bomba atdılar

Hadisə nəticəsində xeyli sayda ölən və yaralananların olduğu bildirilir



Suriya hökumət qüvvələri Raqqa əyalətinə növbəti dəfə aviazərbələr endirib. Ölkənin Hərbi-Hava Qüvvələrinə məxsus "MİQ-23" tipli qırıcı təyyarələri bu dəfə dayanacaqda dayanmış sərnişin avtobusunu hədəf alıb. Bombardman nəticəsində avtobusda və yaxınlıqdakı avtomobillərdə olan xeyli sərnişin ölüb. Onlarla yaralının olduğu bildirilir.

Qeyd edək ki, Raqqa əyalətinin böyük bir hissəsi müxalifət qüvvələrinin əlindədir. BMT-nin hesablamalarına görə, Suriyada hökumət qüvvələri ilə üsyançılar arasında 2011-ci ilin martından davam edən iğtişaşlarda 70 minə yaxın adam ölüb.

AzNews.az