- Köhnə - Dünya
- 4 İyul 2013 07:29
- 1 120
Mursiyə dəstək üçün aksiya keçirilib - İstanbulda

Etirazçılar "Mursi, Allah səninlə" və "Allahın qəzəbi zalımları boğacaq" kimi şüarlar səsləndiriblər.
Aksiyaçılar adından danışan Səadət Partiyası başçısı Selman Esmerer Misir ordusunun hərbi çevriliş etməklə xalqın maraqlarına xidmət etmədiyini söyləyib: "Türkiyə xalqı olaraq, qanuni şəkildə iqtidara gələn Mursinin yanında olduğumuzu elan edirik. Misir xalqına da çağırış edirik ki, qanuni iqtidarın yanında olsunlar, qardaş qanı axıdacaq addımlardan uzaq dursunlar. Bilinməlidir ki, bu çevriliş Misir ordusunun deyil, özlərini imperialistlərə satmış bir neçə generalın boş və quru həvəsidir".
Aksiyaçılar insanları "Twitter"də Mursiyə dəstək olmağa çağırıb.
AzNews.az