İndoneziyada güclü zəlzələ

Bu gün İndoneziyada Rixter şkalası ilə 6,4 bal gücündə zəlzələ baş verib.

APA-nın məlumatına görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 10:05-də qeydə alınıb.

Zəlzələnin episentri Sunqaypenuh şəhərindən 154 km cənub-qərbdə, 23,5 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar haqqında məlumat verilmir.

Qeyd edək ki, iyulun 2-də İndoneziyanın Sumatra adasının şimal-qərbində 6,2 bal gücündə zəlzələ baş verib və bunun nəticəsində 35 nəfər ölüb, 8 nəfər itkin düşüb, 275 nəfər xəsarət alıb, 16 min nəfər isə evsiz qalıb, 4,3 mindən artıq yaşayış evinə zərər dəyib.

AzNews.az