Hindistanda otel uçdu: 12 ölü, 18 yaralı

Hindistanın Heydərabad şəhərində ikimərtəbəli otel uçub.

Binanın uçması nəticəsində, ilkin məlumatlara görə, azı 12 nəfər ölüb, 18 nəfər də xəsarət alıb. Polisin məlumatına görə, dağıntılar altında daha çox insanın qaldığı ehtimal edilir.

Qeyd edək ki, uçan bina 80 il əvvəl inşa edilib. Onun uçmasına səbəb kimi də köhnə və istifadəyə yararsız olması versiyası nəzərdən keçirilir.

Hazırda dağıntılar arasında axtarış-xilasetmə işləri davam etdirilir.

AzNews.az