- Köhnə - Dünya
- 23 İyul 2013 07:05
- 1 007
“Məhəmməd Mursi azad edilməlidir“

"Biz siyasi motivlərlə bütün həbslər saxlanılmalara son qoyulmasına çağırırıq. Hesab edirik ki, bütün tərəflər Misirin siyasi gələcəyini formalaşdırmaqda iştirak etməyə imkan verən azadlığa malik olmalıdırlar. Mən bunları deyəndə, sözlərim təbii ki, prezident Mursiyə də aid edilir", deyə Karni bildirib.
Onun sözlərinə görə, ABŞ rəhbərliyi Mursinin düşdüyü vəziyyətin "qanunun aliliyi, prosessual normalara hörmət və onu şəxsi təhlükəsizliyinin təmin olunması" ilə həll olunmasını istəyir.
"Biz Misirin müvəqqəti hökumətinə bunu aydın şəkildə izah etmişik. Bu söhbətlər aramızda hər gün edilir", deyə Karni əlavə edib.
AzNews.az