BMT sünnət edilən qadınların sayını açıqladı

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNİCEF) bu günə qədər dünyada 125 milyondan çox qadının sünnət edildiyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, qarşıdakı 10 ildə 30 milyon gənc qadını da bu təhlükə gözləyir.

Hesabat Orta Şərq və Afrikadakı 29 ölkədəki 20 illik məlumatlar əsasında hazırlanıb. Tədqiqatçılar qanunların qadın sünnətinin qarşısını almaqda aciz olduğunu, bunu ancaq insanların kütləvi şəkildə etirazı ilə aradan qalxa biləcəyini qeyd ediblər. UNİCEF-ə görə qadınların sünnət edilməsi insan haqlarına ziddir və bunu hələ də davam etməsinin ən böyük səbəbi cəmiyyət tərəfindən qəbul edilməsidir.

Hesabatda bildirilir ki, qadın sünnəti Somalidə daha geniş yayılıb. Burada 15-49 yaş arası qadınların 98 %-i sünnət edilir. Somalidən sonra Ginedə 96%, Cubutidə 93%, Misirdə 91% qadın sünnət edilir.

AzNews.az