- Köhnə - Dünya
- 2 Avqust 2013 20:27
- 2 667
Polis meydanlara aparan yolları bağladı - Qahirədə
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, polis yolları yeni etirazçıların qeyd olunan meydanlara gəlişinin qarşısını almaq məqsədi ilə bağlayıb.
Qeyd edək ki, iyulun 31-də Misir hökuməti DİN-ə verdiyi göstərişdə müddətsiz aksiyaların qarşısını almaq üçün bütün imkanlardan istifadə etməyi tövsiyə edib. Hakimiyyət hesab edir ki, islamçıların davam edən aksiyaları dövlət təhlükəsizliyinə təhlükə yaradır.
Hakimiyyətin çağırışlarına məhəl qoymayan islamçılar bu gün Qahirədə və digər şəhərlərdə kütləvi aksiyalar keçirir.
AzNews.az