Mətbuat xidmətinin rəhbərinə 15 günlük həbs verildi

Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin mətbuat xidmətinin katibi Rifaa Rafi ət-Tahtavi və onun müavini Əsəd əş-Şeyha hakimiyyətə müqavimət göstərmək ittihamı ilə 15 gün həbsdə qalacaq. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, belə bir qərarı Misir baş prokurorluğu baş verib. Rifaa Rafi ət-Tahtavi hazırda Məhəmməd Mursilə eyni yerdə saxlanılır.

Qeyd edək ki, hakim qurumlar bu günə kimi devrilən prezident Məhəmməd Mursin harada saxlanıldığı barədə cəmiyyətə heç bir məlumat vermir.

AzNews.az