Meymunlar aksiya keçirir



Hollandiyada Emmen Dierenparkında 112 babun meymunu, günlərdir heç bir şey yemədən, kürəklərini ziyarətçilərə çevirərək otururlar. Mütəxəssislər meymunların nə üçün etiraz etdiklərini başa düşə bilmirlər.

Bəziləri meymunların " uçan boşqab " görüb qorxduğunu, bəziləri böyük bir zəlzələnin ola biləcəyini iddia edirlər. Bəziləri isə meymunların oraya gələn ziyarətçilərin geyimlərindən xoşlanmadığı iddiasını irəli sürürlər.

Zoopark səlahiyyətliləri 20 il ərzində babunların 4 dəfə bu cur davrandıqlarını açıqlayıblar. Mütəxəssislər babunların niyə belə oturduğunu araşdırarkən, sui-qəsd nəzəriyyələri də ortaya atılıb.

Elman
AzNews.az