Rəfiqəsinin iki aylıq körpəsini satışa çıxardı

ABŞ-ın New-York şəhərində qız dostunun iki aylıq körpəsini internet üzərindən 100 dollara satışa çıxaran şəxs həbs olunub.

Ona "uşağın həyatını təhlükəyə atmaq və təcavüz" ittihamı ilə iddia irəli sürülüb.

AzNews.az xarici KİV-ə istinadən bildirir ki, bir geyim mağazasında işləyən 22 yaşlı Paul Marquez, onunla "kifayət qədər maraqlanmadığını" düşündüyü qız dostunun iki aylıq körpəsinin fotoşəkilini çəkərək, "satlıq körpə" başlığı ilə bir veb sayta yerləşdirib.

Özünü körpənin ailəsi kimi qələmə verən Marquez, elanda körpənin oynamağı, əyləncəni sevdiyini, amma asması olduğunu və artıq onu baxa bilmədiyini yazıb. Maraqlananlar üçün isə körpənin anasının telefonunu qeyd edib.

Bir nəfərin körpəni almaq üçün müraciətindən sonra elandan xəbər tutan 19 yaşındakı ana polisə müraciət edib.
Məlumatda bildirilir ki, Marquez günahkar olması sübut olunarsa, bir il həbs cəzası ala bilər.

Elman
AzNews.az