ABŞ-da restoranda atışma: ölənlər və yaralananlar var

ABŞ-ın Kaliforniya ştatında baş vermiş atışma nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb

APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, Salinas şəhərində restoranların birinin qarşısında naməlum şəxs insanlara atəş açıb.

Atışma baş verməzdən öncə restoranda müştərilər arasında mübahisə baş verib. Münaqişə iştirakçıları məsələyə aydınlıq gətirmək üçün bayıra çıxdıqda onlardan biri tapança çıxararaq atəş açmağa başlayıb.

Məlumata görə, ölən şəxslərin 22 və 28 yaşı varmış. Polis atəş açan şəxsin yerli cinayətkar qrupunun üzvü olduğunu güman edir. Hazırda onun axtarışa verildiyi bildirilir.


AzNews.az