Səudiyyə Ərəbistanından Rusiyaya ŞOK təkliflər

Səudiyyə Ərəbistanı Rusiyaya bir sıra stimullaşdırıcı iqtisadi təkliflər, özəlliklə silah tədarükünə dair iri müqavilə, eləcə də təbii qaz müqaviləsinə dair sövdələşməni ləğv etməməyi boyun olur.

Lent.az-ın "nyusru"-ya istinadən məlumatına görə, bu, təkliflər qarşılığında Rusiya Suriyadakı rejimin başçısı Bəşər Əsədi dəstəkləməkdən imtina etməlidir.

Bu haqda məlumatı "Röyetr" agentliyi Yaxın Şərq və qərbdəki diplomatik qaynaqlara istinadən yayıb.

Bəhs etdiyimiz təklif Səudiyyə Ərəbistanı kəşfiyyatının başçısı şahzadə Bəndər bin-Sultanın prezident Vladimir Putinlə görüşündə irəli sürülüb.

Məlumata əsasən, Bəndərlə Putin arasında danışıqlar 4 saat sürüb. Prezident Putinin mətbuat katibi Dmitri Pesko, eləcə də Səudiyyə Ərəbistanının xarici İşlər Nazirliyi bu informasiyanın hələ ki şərh etməyib.

Suriya müxalifəti bildirib ki, səudiyyə şahzadəsi Kremlin indiki yiyəsinə Rusiydan 15 milyard dollarlıq silah almaq təklifini edib.Bunun qarşılığında Səudiyyə Ərəbistanı Moskvanın Avropaya təbii qaz ixracına rəqib olmayacağını bildirib.

Bu kimi güzəştlər qarşılığında səudiyyə Rusiyadan Bəşar Əsədə dəstəyini azaldacağını və BMT-nin Təhlükəsizlik Şurasına Suriyaya qarşı qətnamə qarşı çıxmayacağını gözləyir.

AzNews.az