ABŞ diplomatik missiyaları bu gün açılacaq

Həftənin əvvəlində bağlanılan ABŞ diplomatik missiyaları bu gün açılacaq. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Dövlət departamentinin nümayəndəsi Cen Psaki bildirib ki, 19 diplomatik missiyadan 18-i açılacaq.

"Təhlükələr sovuşmadığı üçün Sanadakı səfiriliyimiz hələlik bağlı qalır. Mövcud təhlükələr "Əl Qaidə" tərəfindən terror hücumlarının mümkünlüyünə dəlalət edir ", - deyə o vurğulayıb.

Psaki həmçinin Pakistanın Lahor şəhərindəki ABŞ baş konsulluğunun bağlı qaldığını bildirib.

Qeyd edək ki, ABŞ-ın Afrika və Yaxın Şərq ölkələrindəki diplomatik missiyaları avqustun 5-dən bağlanıb.


AzNews.az