İsrail ABŞ- a məktub göndərdi

İsrailin Baş naziri Benyamin Netanyahu bu yaxınlarda israillilər və fələstinlilər arasında dialoqun bərpa olunmasında vasitəçi kimi çıxış edən ABŞ-ın dövlət katibi Con Kerriyə məktub ünvanlayıb. Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verir.

Məktubda Fələstin tərəfinin bir sıra bəyanatlarından narazılıq ifadə olunur.

B.Netanyahunun məktubunda deyilir: "Təhrikçilik və sülh bir yerdə mövcud ola bilməz".

Mənbənin qeyd etdiyi kimi, İsrail Fələstin administrasiyasının rəhbəri Mahmud Abbasın mülki və hərbçi olmalarından asılı olmayaraq, gələcəkdə Fələstin Dövlətində israillilərin yeri barədə bəyanatını bəyənməyib. Bundan başqa, İordan çayının qərb sahilinə gələn Avropa komandalarından birinin futbolçuları ilə keçirilən yoldaşlıq matçının şərhçisinin İsrail şəhərləri və qəsəbələrinin Fələstinə məxsus olması barədə sözləri mənfi reaksiyaya səbəb olub.

Fələstin tərəfi isə İsrailin narazılıqlarını qəbul etməyib. Fələstin Azadlıq Təşkilatının sədri Hanan Aşraui Netanyahunun məktubunu cəmiyyətin diqqətini İsrail tərəfindən "beynəlxalq hüququn pozulması"ndan yayındırmağa cəhd kimi qiymətləndirib.

ABŞ tərəfinin reaksiyası hələ məlum deyil.


AzNews.az