- Köhnə - Dünya
- 14 Avqust 2013 10:30
- 2 096
Misirdə qanlı səhər: 120 ölü - Yeniləndi
***
11:42
Misir təhlükəsizlik qüvvələri paytaxt Qahirənin "Rabiatül Adeviyye" meydanında hərbi çevriliş əleyhdarlarının mitinqinə silahlı müdaxilə edib.
Nümayişçilərə snayperlərdən atəş açılıb və 70 nəfər həlak olub. Türkiyə mətbuatının məlumatına görə, silahlı müdaxilə general Sisinin göstərişi ilə həyata keçirilib. Meydandakı səhra xəstəxanasındakı mənbələri isə ölənlərin sayının artacağını istisna etmir. Bölgədən canlı yayım və mobil telefon şəbəkəsinin siqnalları kəsilib. "Rabiatul Adeviyye" və "Nahda" meydanlarında aksiyaşılara müdaxilə zamanı helikopterlərdən də istifadə edilib. Ümumiyyətlə isə indiyə qədər Misirdə çevriliş əleyhdarlarına silahlı müdaxilə nəticəsində 200 nəfər həlak olub.
Elnarə
AzNews.az