Mindən çox islamçı saxlanıldı

Misir polisi gecə ərzində mindən çox islamçını saxlayıb.

Bu barədə Misir Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Müsəlman qardaşları"ndan saxlanılanların dəqiq sayının 1004 olduğu bildirilir. Təkcə Qahirədə 558 nəfər saxlanılıb. Qeyd edək ki, ötən gün Misirin islamçı müxalifəti "qəzəb günü" elan etmişdi.

Komendant saatı tətbiq edilməsinə baxmayaraq Qahirə də daxil olmaqla minlər etrirazçı iri şəhərlərin küçələrinə axışmışdı. Polisin kütləyə odlu silahdan atəş açması nəticəsində 91 nəfərin öldüyü bildirilir. (anspress)

AzNews.az