BQXK nümayəndəliyinin əməkdaşları erməni əsirlə görüşəcəklər

Azərbaycan Müdafiə Nazirliyi: "Beynəlxalq Qızıl Xaç Komitəsi nümayəndələrinin Akop İnciqulyanla görüşü üçün heç bir problem yoxdur"

"Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin erməni əsir Akop İnciqulyanla görüşü üçün heç bir problem yoxdur".

Bunu APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu deyib.

Onun sözlərinə görə, sabah saat 16.00-da BQXK-nın Bakı ofisinin nümayəndələrinin əsirlə görüşü olacaq: "Ona görə də erməni tərəfinin bununla bağlı səs-küy qoparmasının heç bir məntiqi əsasını görmürəm. Əsirlə bağlı beynəlxalq norma və konvensiyalara uyğun rəftar edilir, ona erməni tərəfinin iddia etdiyi kimi heç bir təzyiq göstərilmir".

Qeyd edək ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.

AzNews.az