“Prezident Mursi azad edilməlidir“

BMT-nin baş katibi Pan Gi Mun həbsdə olan "Müsəlman qardaşları" tərəfdarlarının ölüm faktından narahatlığını ifadə edib.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, Pan Gi Mun insidentin hərtərəfli araşdırılmasına çağırıb.

BMT-nin baş katibi həmçinin Rəfah şəhərində polislərin qətlə yetirilməsi faktını pisləyib və Misirdə siyasi prosesin bərpasına çağırıb.

Pan Gi Mun qeyd edib ki, "Müsəlman qardaşları" üçün həddindən artıq məhdudlaşdırılmış məkan genişləndirilməlidir, demokratik yolla seçilmiş prezident Musri isə ya azad edilməli, ya da açıq məhkəmə qarşısına çıxmalıdır.

AzNews.az