Suriyada iranlı jurnalist öldürüldü

İranlı jurnalist Suriyada həlak olub.

APA-nın "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Hadi Bağbani Suriya böhranına həsr olunmuş sənədli film çəkmək üçün Dəməşq şəhərinə səfər edibmiş.

O, avqustun 19-da Dəməşqdə Suriya ordusu ilə "ən-Nüsra" cəbhəsi arasında baş verən silahlı qarşıdurma zamanı öldürülüb. Artıq H.Bağbaninin cənazəsi İrana gətirilib.

Bu gün Tehranda keçiriləcək xüsusi cənazə mərasimindən sonra dəfn edilməsi üçün doğulduğu Babolsər şəhərinə göndəriləcək.

AzNews.az