Beynəlxalq festivalda azərbaycanlı müğənni hamını təəccübləndirdi - FOTO

Şərqin incisi Səmərqənd şəhərində keçirilən 9-cu Beynəlxalq "Şərq təranələri" musiqi festivalının ilk günündə iştirakçı 54 ölkədən - Ukraina, Belorus, Burkina-Faso, Malaziya, İndoneziya, Sinqapur, Fransa, İspaniya, Banqladeş və Azərbaycandan olan musiqi qrupları öz məharətlərini göstərdilər.

Əmir Teymurdan nişanə qalan Reqistan meydanında musiqiçilər öz milli koloritləri, mədəniyyətlərinin, musiqilərinin, səslərinin ən gözəlini nümayiş etdirirdilər.

Ən sonuncu isə Elnarə Abdullayevanın "Şirvan" qrupu- Ələsgər Məmmədov- tar, Xəyyam Məmmədov-kamança, Adil Müslüm – balaban və Ramin Abdullayev - zərbdə çıxış etdilər. Elnarə Abdullayeva qrupun ifası ilə "Çahargah" dəsgahı oxudu. 15-16 dəqiqəlik çıxışı ilə deyəsən hər kəsi mat qoya bilmişdi. Amerikanın tanınmış musiqiçisi Todd Tonqdi Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadəyə yaxınlaşaraq, heyranlığını bildirdi. Dedi ki, bundan da yaxşı oxu tərzi göstərsə idi, təhlükə baş verə bilərdi. Todd Tonqdi dedi ki, Elnarə Abdullayeva ifa edəndə, o özü də Tanrısına qovuşmuşdu. Sonra isə Elnarə Abdullayeva ilə görüşərək, onun üçün məxsusi olaraq musqi yazarsa, oxuyarmı? – deyə sual etdi. Festivaldan sonra isə CEM SEYŞN deyilən qrup ifalarında (bədhadətən oxunan mahnılar, qrup halında, qeyri formal şəkildə edilən ifalar) Elnarə xanım Burkino Faso, Misir, Amerika musiqiçiləri ilə gözəl duetlər oxudular. İfalar ayrı-ayrı dillərdə olsa da, hər iki musiqidə ilahi eşq var idi.

Qeyd edim ki, festivalda Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibində millət vəkili, Azərbaycan-Özbəkistan Dostluq qrupunun üzvü Etibar Hüseynov, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin aparıcı məsləhətçisi Rəşad Əliyev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova, Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə də daxildir.

Nərgiz
AzNews.az
image description image description image description image description image description image description