- Köhnə - Dünya
- 26 Avqust 2013 15:20
- 5 822
Suriyada BMT üzvlərinə atəş açıldı

ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya Ümumi İnqilab Şurasının mətbuat xidmətinin katibi Əbu Məhəmməd baş verən hadisəni şərh edərəkən bildirib ki, BMT nümayəndə heyətinin avtomobili Dəməşqin girəcəyində Əsədə bağlı ordu birlikləri tərəfindən atəşə tutulub.
Avtomobil karvanının atəşə tutulması, BMT nümayəndə heyətinin bölgədəki fəaliyyətinə Bəşər Əsədin mane olması kimi qiymətləndirilir.
Əbu Məhəmmədi iddia edib ki, atəş nəticəsində karvanda bir avtomobil sıradan çıxıb.
AzNews.az