Şizofrenik bir saatda 3 qadını zorladı - Foto

İngiltərənin Mançestr şəhərində təcavüzkar 3 qadını zorladıqdan sonra 4-cüsünə hücum edərkən tutulub.


Cinayətkar ötən ay başqa bir zorlama olayı ilə bağlı həbs edilsə də, məhkəmə onu girov qarşılığında sərbəst buraxıb.

Yerli "Mançestr ivninq standart" qəzeti bildirib ki, 33 yaşlı Tomas Holl bir fahişəyə hücum edib. 4-cü qadına basqından sonra o, dostuna zəng edərək, fəxrlə bildirib: "Mən indicə üç ya da dördünün işinə baxdım. Bu həyatımda ən yaxşı gecədir".

Qurbanlarından ikisi yarıçılpaq vəziyyətdə qaça bilib. Onlar yoldan keçən avtomobilləri cəlb etməyə çalışıblar.

Mənbə bildirib ki, Tomas Holl yeniyetmə yaşlarından "şizofreniyadan əziyyət çəkir".

Bu dəfə hakim onun ətrafdakı insanlar üçün təhlükəli olduğunu bildirərək, ciddi nəzarət altında saxlanılmaqla psixiatriya xəstəxanasına yerləşdirilməsini əmr edib. Holl xəstəxanadan yalnız həkimin razılığı ilə buraxıla bilər.(lent.az)

AzNews.az