Misirdə ordu genişmiqyaslı əməliyyata başlayıb

Misirdə ordu tank və helikopterlərin iştirakı ilə genişmiqyaslı əməliyyata başlayıb.

Bu haqda rəsmi mənbə məlumat verib.

Misir təhlükəsizlik xidmətinin əməkdaşı bildirib ki, Sinay yarımadasına giriş zamanı onlarla üsyançı öldürülüb və yaralanıb.

Ordu döyüşçülərin sərhədi keçməsinin qarşısını almaq üçün barikada yaradıb.

"Hazırda bu bizim uzun müddət görmədiyimiz və gözlədiyimiz ən geniş miqyaslı əməliyyatdır. Bu gündən başlayaraq siz gömrük-buraxılış məntəqlərində orduya və polisə hücüm haqqında heç nə eşitməyəcəksiz", - deyə bu rayonda yerləşən 12 yaşayış məntəqsinin rəhbəri Şeyx Həsən Xələf bildirirb.

Qeyd edək ki, Qahirədə sentyabrın 5-də ölkənin xarici işlər naziri M.İbrahimə qarşı sui-qəsd törədilib. Partlayış nəticəsində 22 nəfər yaralansa da, nazir özü xəsarət almayıb.(gun.az)

AzNews.az