- Köhnə - Dünya
- 9 Sentyabr 2013 15:40
- 3 443
“Azərbaycan Sudana yardım etməyə hazırdır“- Elmar Məmmədyarov
Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sudanın ölkəmizə yeni təyin olunmuş səfiri Məhəmməd Elias Məhəmməd əl-Haqla görüşü zamanı bildirib.
Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, E.Məmmədyarov Məhəmməd əl-Haqı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan-Sudan münasibətləri, Afrikada, o cümlədən Cənubi Qafqazda gedən proseslər haqqında fikir mübadiləsi aparılıb.
AzNews.az