ABŞ Konqresində səsvermə təxirə salındı

ABŞ Konqresində Suriyaya hərbi müdaxilə ilə bağlı səsvermə təxirə salınıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Konqresdə səs çoxluğuna malik demokrat senatorların lideri Harri Rid məsələyə dair səsvermənin keçirilməsindən imtina edib.

Qeyd edək ki, səsvemə sentyabrın 11-də keçirilməli idi.

"Röyter" agentliyinin yaydığı xəbərə görə, bazar ertəsi səhər Rid prezidentin sorğusuna əsasən Suriyaya hərbi müdaxiləyə dair ilk səsvermənin sentyabrın 11-də keçiriləcəyini desə də, bir neçə saatdan sonra Senata qayıdıb və səsvermənin olmayacağını bəyan edib. Bu, Rusiyanın Suriyadakı kimyəvi silah arsenalının beynəlxalq nəzarət altına keçməsi ilə bağlı təklifi fonunda baş verib.

Ridin köməkçiləri səsvermənin bu həftənin sonunda keçiriləcəyini istisna etməyib.

AzNews.az