ABŞ Milli Kəşfiyyat Agentliyi məhkəməyə verildi

"Yahoo!" şirkəti ABŞ Milli Kəşfiyyat Agentliyini (NSA) məhkəməyə verib.

Internet nəhəngi Edvard Snoudenin "Guardian" qəzetinə ötürdüyü sənədlər sayəsində ortaya çıxan izləmə qalmaqalının istifadəçilər arasında etimadsızlıq yaratdığını bəyan edib.

"Yahoo!" şirkəti Xarici Kəşfiyyat Dairəsi (FİSA) Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində şirkətə gələn məlumatların paylaşılması ilə bağlı təlimatların sayının açıqlanmasına da icazə verilməsini istəyib. Qanuna əsasən, şirkətlərin dövlətlə hansı məlumatları paylaşdığını açıqlamaq qadağandır. "Yahoo!" bildirib ki, hökumətin səlahiyyətlərindən düzgün istifadə edib-etmədiyi ilə bağlı mübahisələrə qatılmayıb, əslində hökumət "Yahoo!"nun ifadə azadlığına məhdudiyyət qoyub.

"Yahoo!" "Guardian" və "The Washington Post" qəzetlərini də PRISM proqramı ilə bağlı yazdıqlarına görə tənqid edib, ABŞ hökumətinin məlumat toplamaq üçün şirkətin serverlərinə daxil olmağa icazə vermədiyini vurğulayıb.(lent.az)

AzNews.az