77 nəfəri öldürən terrorçu tələbə oldu

2011-ci ildə 77 nəfəri öldürmüş Anders Berinq Breyvik Oslo Universitetinə girib. O, qiyabi poltologiyada oxuyacaq.

Breyvikin birinci ərizəsi qəbul olunmamışdı, çünki onun lazımi ixtisas səviyyəsi yox idi: məktəbi bitirməmişdi və orta təhsil haqqında sənədi yox idi. Amma yay ərzində lazımi imtahanları verməyi bacarıb.

Universitet rəhbərliyi bildirib ki, Anders Breyvikə icazə verərkən ümumi insani dəyərlərə əsaslanıb.(anspress)

AzNews.az